• Bakı 26° C

    5.85 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.1935

Salah “Beşiktaş”la razılıq əldə etdi

İDMAN

18 Iyul 2026 | 00:56

Salah “Beşiktaş”la razılıq əldə etdi

Leandro Trossard transferindən sonra “Beşiktaş” daha bir dünyaşöhrətli superulduzu – Məhəmməd Salahı heyətinə qatmağa hazırlaşır.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə məlumatı məşhur “Foot Mercato” nəşri yayıb.

Məlumata görə, “Liverpul”dan ayrılaraq azad agent statusu alan 34 yaşlı misirli ilə “ağ-qaralar” arasında prinsipial razılıq əldə olunub. İnsayder Santi Aounanın verdiyi məlumata görə, tərəflər 1+1 illik müqavilə şərtlərində razılaşıblar.

Maliyyə detallarına gəlincə, İstanbul nəhəngi Salahla illik 10 milyon avro maaş və 2 milyon avro imza pulu müqabilində ortaq məxrəcə gəlib.

Xatırladaq ki, Məhəmməd Salahın meneceri Remi Abbas bir müddət əvvəl verdiyi açıqlamada “Məhəmmədin növbəti mövsüm harada oynayacağını çox yaxında öyrənəcəksiniz” deyərək transferin anonsunu vermişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyul 2026