• Bakı 27° C

    6.95 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.1935

"Ərinizin subay dostlarını evinizə buraxmayın"

ŞOU

17 Iyul 2026 | 18:00

Ərinizin subay dostlarını evinizə buraxmayın

Türkiyəli müğənni Seda Sayan evli qadınlara verdiyi məsləhətlə diqqət çəkib.

Bakıvaxtı.az xəbər verir ki, sənətçi bu barədə "Bacıların Bacısı" proqramında danışıb. Seda Sayan bildirib ki, evli kişilərin subay dostlarının evə tək gəlməsini düzgün hesab etmir:

"Bir dəfə evləndinsə, ərinin subay dostunu evə buraxmayacaqsan. Oyun-falan yoxdur. "Yox" deyəcəksən. Gələn həyat yoldaşı ilə birlikdə gələcək. Oyun oynayırıqsa, hamımız birlikdə oynayaq".

Müğənni kişilərə də müraciət edərək həyat yoldaşlarına daha çox vaxt ayırmalarını tövsiyə edib:

"Xahiş edirəm, həyat yoldaşlarınıza vaxt ayırın. Ağıllı kişi xanımına vaxt ayırar".

Sənətçi proqramda avtomobil idarə edən qadınlarla bağlı stereotiplərə də toxunub. O bildirib ki, kişilər qadınların yaxşı sürücü ola biləcəyini qəbul etmək istəmirlər.

Seda Sayan bu mövzuda həyat yoldaşı Çağlar Ökten ilə də zarafatla mübahisə etdiyini deyib:

"Mən hətta yoldaşımla da bu mövzuda mübahisə edirəm. Ondan daha yaxşı maşın sürürəm. Amma avtomobilini mənə vermir. Yunanıstanda da dedim ki, bir dəfə mən sürüm. Qoymadı. Halbuki onunla tanış olmamışdan əvvəl də maşın sürürdüm".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR