• Bakı 27° C

    6.95 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.1935

Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar - FOTO

CƏMİYYƏT

17 Iyul 2026 | 17:47

Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar - FOTO

107 yaşlı Bakı Dövlət Universiteti (BDU) 51 il xalqımızın cəlladlarından biri olan S.M.Kirovun adını daşıyıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev qeyd ediblər.

“Sovet İmperiyasının dağılması ərəfəsində - 19 fevral 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti BDU ilə bağlı fərman verdi. Fərmanda deyilirdi: “Azərbaycan Dövlət Universitetinə S.M.Kirovun adının verilməsi haqqında” Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1939-cu il 16 aprel tarixli fərmanı qüvvəsini itirmiş hesab edilsin”. Bu fərman BDU-nun o vaxtkı rektoru Mirabbas Qasımovun 1990-cı il 23 fevral tarixli 9 saylı əmri ilə elan edildi. BDU-nun tarixi ilə bağlı bu sənədin fotosunu “Bakı Dövlət Universitetinin tarixi” adlı kitabdan (müəlliflər: Ziyad Əmrahov və Samir İsmayılov) götürmüşük (səh. 293)”, - deyə tarixçilər bildiriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR