• Bakı 29° C

    7.24 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.1935

Netanyahunun ABŞ səfəri təxirə salındı

DÜNYA

17 Iyul 2026 | 08:44

Netanyahunun ABŞ səfəri təxirə salındı

İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-yə gələn həftəyə planlaşdırılan səfəri təxirə salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin i24 televiziya kanalı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, səfərin təxirə salınmasına ABŞ Prezidenti Donald Trampla görüşün tarixinin razılaşdırılmaması səbəb olub. Bildirilir ki, tərəflər arasında görüşün gündəliyi və gözlənilən nəticələri ilə bağlı da razılıq əldə edilməyib.

İsrail Baş nazirinin ofisi isə səfərin təxirə salınmasını ABŞ senatoru Lindsi Qrehemin dəfn mərasiminin tarixində baş verən dəyişikliklə əlaqələndirib. Bununla yanaşı, i24-ün məlumatına görə, qərara Vaşinqton və Tehran arasında diplomatik vəziyyətin mürəkkəbləşməsi də təsir göstərib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Iyul 2026