Qətər Müdafiə Nazirliyi ölkəni hədəf alan raket hücumlarının qarşısının alındığını açıqlayıb.
Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, silahlı qüvvələr ölkəni hədəf alan raket hücumlarını zərərsizləşdirib.
Müdafiə Nazirliyi hücumun mahiyyəti, atılan raketlərin sayı və ya hadisənin baş verdiyi yer barədə ətraflı məlumat verməyib.
Qətərin Daxili İşlər Nazirliyi vətəndaşlara ölkədəki təhlükəsizlik təhdidləri səbəbindən evdə qalmaları barədə xəbərdarlıq edib.
Gülşən Şərif
Bakı 



