Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.
Bakıvaxtı.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Əskişəhərdə qeydə alınıb. Belə ki, sərnişin avtobusu xəndəyə aşıb, ilkin məlumatlara görə, azı 20 nəfər xəsarət alıb.
Xəsarət alanlar təcili yardım maşınları ilə xəstəxanalara aparılıblar.
Hadisə yerinə polis, jandarma, tibb və yanğınsöndürmə qrupları göndərilib.
Murad Məmmədli
Bakı 


