Biləsuvar rayonunda üç avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib.
Bakıvaxtı.az "Unikal"a istinadla xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı sürücülərdən biri - Şərifağa Əmənov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.
Bakı 



