İyulun 17-də Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinin Şebekino şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, PUA-ların partlaması nəticəsində bir kişi və bir qadın yaralanıb. Şəhər xəstəxanasında hər iki şəxsə akustik barotravma (kontuziya) diaqnozu qoyulub və ilkin tibbi yardımdan sonra evə buraxılıblar.
Hücum nəticəsində bir yük avtomobilinin kabinasında yanğın baş verib, həmçinin çoxmənzilli binanın şüşələri və fərdi yaşayış evinin çəpəri zədələnib. Bundan əlavə, Belqorod, Krasnoyaruj və Qrayvoron rayonlarında FPV dronlarının zərbələri nəticəsində fərdi evlərin, inzibati binanın və sosial obyektin dam örtüklərinə, eləcə də bir neçə avtomobilə ziyan dəyib.
Zeynəb Rzayeva
Bakı 



