Fransa 30 illik fasilədən sonra, 2029-cu ildə öz ərazisində bəzi NATO standartlı kiçik kalibrli sursatların istehsalını bərpa edəcək.
Bakıvaxtı.az "France 24"ə istinadən xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyi açıqlama yayıb.
Nazirlikdən verilən açıqlamaya görə, Fransada 2029-cu ildə istehsalı planlaşdırılan istehsal 5,56x45 mm və 7,62x51 mm-lik sursatlardan ibarət olacaq və sənaye istehsalı gücü ildə 75 milyon ədəd təşkil edəcək. İstehsalın bərpası qərarı ordunun təlim ehtiyaclarını ödəmək və yüksək intensivlikli münaqişə potensialını təmin etmək məqsədi daşıyır.
Patronların istehsalı üç şirkətdən ibarət sənaye birliyi tərəfindən həyata keçiriləcək. Müəssisə Fransanın cənub-şərqindəki Klerye kommunasında yerləşəcək.
Xatırladaq ki, istehsal 1999-cu ildə dayandırılıb.
Gülşən Şərif
Bakı 



