• Bakı 19° C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Zelenski azərbaycanəsilli məmuru vəzifəsindən azad etdi

DÜNYA

17 Iyul 2026 | 02:18 | Müəllif: Subhan Mahmudov

Zelenski azərbaycanəsilli məmuru vəzifəsindən azad etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri, azərbaycanəsilli Timur Tkaçenkonu (Məmmədov) vəzifəsindən azad edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə dövlət başçısının müvafiq fərmanında qeyd olunub.

"Timur Firudinoviç Tkaçenko Kiyev Şəhər Hərbi Administrasiyasının rəisi vəzifəsindən azad edilsin", - deyə fərmanda bildirilir.

Qeyd edək ki, 1989-cu il avqustun 18-də Kiyevdə anadan olan T.Tkaçenko 2024-cü il dekabrın 31-dən etibarən Kiyev Şəhər Hərbi Administrasiyasına rəhbərlik edirdi./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR