• Bakı 28° C

    6.73 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.1935

Elçin Məsiyev ÇL oyununa təyinat aldı

İDMAN

17 Iyul 2026 | 12:29

Elçin Məsiyev ÇL oyununa təyinat aldı

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Çempionlar Liqasının oyununa təyinat alıb.

Bakıvaxtı.az xəbər verir ki, o, II təsnifat mərhələsində Serbiyanın “Srvena Zvezda” və Şimali İrlandiyanın “Larn” komandaları arasında keçiriləcək cavab görüşünü idarə edəcək. 

Məsiyevə yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. VAR hakimi Kley Ruperti (Niderland), onun köməkçisi isə Nicat İsmayıllı olacaq.

Qeyd edək ki, iyulun 29-da Belqraddakı “Rayko Mitiç” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Iyul 2026