İsrailin Baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahuya ömürlük, onların uşaqları Yair və Avner Netanyahuya isə beş illik müdafiə təmin etmək qərarı təsdiqlənib.
Bakıvaxtı.az bu barədə İsrailin “13-cü Kanal” televiziyasına istinadla xəbər verir.
Məlumata görə, İsrailin ədliyyə naziri Yariv Levinin sədrliyi ilə keçirilən Şin Bet (Şəbak) üzrə Nazirlər Komitəsi Netanyahunun ailəsinə müdafiə təmin etmək tələbini təsdiqləyib.
Baş nazir həyat yoldaşı və uşaqlarına verilən Şin Bet müdafiəsinin uzadılmasını istəsə də, İsrail daxili kəşfiyyat xidməti bu məsələ ilə bağlı fərqli fikir bildirib. Buna baxmayaraq, Şin Betin (İsrail təhlükəsizlik agentliyi) direktoru David Zini Baş nazirin ailəsinə verilən müdafiənin uzadılmasını istəyib. Bu istək Nazirlər Komitəsi tərəfindən təsdiqlənib və Sara Netanyahunun ömürlük müdafiə almağa davam edəcəyi, Yair və Avnerin isə beş il müddətinə müdafiə alacağı qərara alınıb.
Nərgiz Məmmədli
Bakı 



