• Bakı 26° C

    6.95 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.1935

Çin idarə edilə bilən süni intellektə çağırıb

DÜNYA

17 Iyul 2026 | 17:03

Çin idarə edilə bilən süni intellektə çağırıb

Çin prezidenti Si Cinpin yüksək texnologiya sektorunda artan qlobal rəqabət fonunda "təhlükəsiz və idarəolunan" süni intellektin inkişaf etdirilməsinə çağırıb.

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, o, bu barədə "Daha Parlaq Gələcək üçün Süni İntellekt Tərəfdaşlığı" mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünyanın süni intellekt texnologiyalarında misilsiz dərəcədə güclü bir innovasiya dövrünə qədəm qoyulub və bu, böyük imkanlar və idarəetmə problemləri gətirir:

"Süni intellekt inkişafı tək bir ölkənin təkbaşına fəaliyyəti deyil, beynəlxalq əməkdaşlığın simfoniyası olmalıdır. Biz açıqlıq və qarşılıqlı faydalılıq prinsiplərinə riayət etməli və innovasiya yönümlü inkişafı dəstəkləməliyik. Risk barədə məlumatlılığı artırmalı və süni intellektin təhlükəsiz və idarəolunan olmasını təmin etməliyik. Biz inklüzivliyi təşviq etməli və qlobal idarəetməni gücləndirməliyik".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR