• Bakı 27° C

    6.95 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.1935

FIFA-dan "Səbail"ə transfer qadağası - SƏBƏB

İDMAN

17 Iyul 2026 | 17:55

FIFA-dan Səbailə transfer qadağası - SƏBƏB

Azərbaycan I Liqa təmsilçisi "Səbail" klubuna transfer qadağası qoyulub.

Bakıvaxtı.az İdmanxeber.az-a istinadən xəbər verir ki, buna səbəb "dənizçilər"in futbolçusu Mustafa Yakubuya qarşı maliyyə öhdəliyini yerinə yetirə bilməməsidir. Problemi həll edilməyən oyunçu FIFA-ya müraciət edib.

Ali futbol qurumu Yakubunun şikayətini araşdırdıqdan sonra onu haqlı sayıb və "Səbail"ə transfer cəzası verib. "Dənizçilər" bu müddətdə bir neçə yeni futbolçunun keçidini açıqlasalar da, cəza səbəbindən onları qeydiyyatdan keçirə bilməyiblər.

Yeni rəhbərliklə növbəti mövsümdə iddialı olması gözlənən klub Mustafa Yakubuya qarşı öhdəliyini yerinə yetirə bilməsə, çətin vəziyyətdə qalacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR