Venesuelada iyunun 24-də baş verən iki zəlzələ nəticəsində ölənlərin sayı 4930-a çatıb.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının prezidenti Xorxe Rodrigez "X" hesabında paylaşım edib.
O, bildirib ki, dağıntılar altından daha 6462 nəfər xilas edilib. Təbii fəlakətlər nəticəsində 17 907 nəfər evsiz qalıb, 21 210 nəfər isə 107 müvəqqəti düşərgədədir. 128 000-dən çox ailə dövlət yardımı alıb.
Zəlzələlər nəticəsində 856 binaya ziyan dəyib, onlardan 190-ı əsasən La Guaira ştatında uçub.
Səlahiyyətlilər 39 saniyə ara ilə baş verən 7,2 və 7,5 bal gücündə iki zəlzələdən bəri 1308 afterşok qeydə alıblar.
Gülşən Şərif
Bakı 



