ABŞ dünyanın ən qüdrətli silahlı qüvvələrinə malikdir və hazırda İranda böyük qələbə əldə edir.
Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bunu Ağ Evdən Amerika xalqına müraciəti zamanı ABŞ Prezidenti Donald Tramp deyib.
O, bildirib ki, ABŞ ordusu onun ilk prezidentlik müddətində formalaşdırılıb və hazırda bu gücdən istifadə etməyə məcbur olublar.
"Bizim dünyada ən güclü və ən qüdrətli silahlı qüvvələrimiz var. Mən onları ilk prezidentlik müddətimdə yaratdım və təəssüf ki, indi onlardan istifadə etməyə məcburuq", – deyə Tramp bildirib.
ABŞ Prezidenti həmçinin vurğulayıb ki, Vaşinqton İranda mühüm uğurlar əldə edir:
"Biz İranda böyük qələbə qazanırıq və bunun nəticələrini çox tezliklə görəcəksiniz".
Gülşən Şərif
Bakı 



