• Bakı 26° C

    6.95 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.1935

Estoniya rusiyalılar üçün viza siyasətini sərtləşdirməyə çağırıb

DÜNYA

17 Iyul 2026 | 17:13

Estoniya rusiyalılar üçün viza siyasətini sərtləşdirməyə çağırıb

Estoniyanın daxili işlər naziri İqor Taro Dublində keçirilən Avropa İttifaqı Şurasının iclasında Rusiyaya qarşı viza siyasətinin sərtləşdirilməsini tələb edib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, nazir hazırkı vəziyyətdə Rusiya vətəndaşlarına turist vizalarının verilməsinin artmasını tamamilə qəbuledilməz adlandırıb və rusiyalıların Avropada istirahət etmək və alış-veriş etmək imkanlarının olmamalı olduğunu bildirib.

Taro həmçinin xatırladıb ki, Estoniya Ukraynadakı hərbi əməliyyatlarda iştirak edən rusiyalı hərbçilərin Şengen zonasına girişinə qadağa qoyulması təşəbbüsü ilə çıxış edib və bu məhdudiyyətlərin bütün Aİ ölkələrində eyni qaydada tətbiq edilməli olduğunu vurğulayıb.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR