• Bakı 29° C

    7.24 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.1935

Binəqədi və Sabunçu sakinlərinin NƏZƏRİNƏ: Saat 10-dan...

CƏMİYYƏT

17 Iyul 2026 | 08:47

Binəqədi və Sabunçu sakinlərinin NƏZƏRİNƏ: Saat 10-dan...

Bu gün Bakının Binəqədi və Sabunçu rayonlarının bir sıra ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

    Fasilənin yaranması təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədardır.

    Məlumata görə, bu gün saat 10:00-dan etibarən işlər başa çatanadək Binəqədi rayonunun 6-cı, 7-ci, 8-ci və 9-cu mikrorayonlarının, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Xutor qəsəbəsinin və Vorovski yaşayış massivinin, həmçinin Sabunçu rayonunun Səməd Vurğun və Azərbaycan qadını küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

    Bildirilib ki, məhdudiyyət təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işlərinin aparılması ilə əlaqədardır.

    "Azəriqaz" qeyd edib ki, təmir işləri başa çatdıqdan sonra qaz təchizatı mərhələli şəkildə bərpa olunacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    16 Iyul 2026