Əməkdar jurnalist Tofiqəxanım Fazil qızı Qasımova (Nurani) komaya düşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Minval.az və Minval Politika resurslarının baş redaktoru Emil Mustafayev sosial media hesabında məlumat yayıb. O bildirib ki, Nurani Qasımova uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş, hazırda həyatının ən ağır mübarizəsini aparır və vəziyyəti kritik olaraq qalır.
Nuraninin müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.
Qeyd edək ki, Nurani Qasımova Azərbaycan jurnalistikasında dərin iz qoymuş tanınmış qələm sahibləri – Fazil Qasımov və Dilbər Axundzadənin qızıdır.
Bakı 



