• Bakı 25° C

    10.78 m/s

  • USD - 1.7

    EUR - 1.9443

    RUB - 2.1949

Azərbaycan CAR-a karbamid tədarük etməyə başlayıb

CƏMİYYƏT

16 Iyul 2026 | 16:50

Azərbaycan CAR-a karbamid tədarük etməyə başlayıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 53,5 milyon ABŞ dolları dəyərində 124 min ton karbamid ixrac edib.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 32 %, kəmiyyət olaraq – 54 % azdır.

Hesabat dövründə Azərbaycan Ukraynaya 35,3 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 37 % az) 85 min 741 ton (-54 %), Hindistana 9 milyon ABŞ dolları dəyərində 14 min 244 ton (1 il əvvəl tədarük olmayıb), Rumıniyaya 3,2 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 10 min 570 ton (+2,1 dəfə), Cənubi Afrikaya (CAR) 2 milyon ABŞ dolları dəyərində 3 min 330 ton, İsrailə 1,3 milyon ABŞ dolları dəyərində 2 min 999 ton (1 il əvvəl tədarük olmayıb) məhsul satıb.

Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə CAR-a tədarük həyata keçirilib.

2025-ci ildə Azərbaycandan ixrac edilmiş 543 min 532 ton karbamidin 72,4 %-i Ukraynanın payına düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR