• Bakı 26° C

    10.08 m/s

  • USD - 1.7

    EUR - 1.9443

    RUB - 2.1949

Mədəniyyət Nazirliyinin əməkdaşları üçün təlim keçirilib

CƏMİYYƏT

16 Iyul 2026 | 17:36

Mədəniyyət Nazirliyinin əməkdaşları üçün təlim keçirilib

"Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyası çərçivəsində insan kapitalının inkişafı və institusional potensialın gücləndirilməsi istiqamətində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşları üçün "Dövlət Protokolu və Beynəlxalq Mədəni Əməkdaşlıq" mövzusunda peşəkar təlim təşkil olunub.

Bakıvaxtı.az xəbər verir ki, üç modul və 12 sessiyadan ibarət təlim proqramında dövlət protokolunun əsas prinsipləri, diplomatik etiket qaydaları, beynəlxalq tədbirlərin təşkili, mədəni diplomatiya, UNESCO ilə əməkdaşlıq mexanizmləri, eləcə də beynəlxalq protokolun praktiki tətbiqi ilə bağlı mövzular iştirakçılara təqdim edilib.

Təlim diplomat və beynəlxalq münasibətlər üzrə ekspert Fikrət Paşayev tərəfindən keçirilib. Proqram çərçivəsində nəzəri biliklərlə yanaşı, praktiki nümunələr və real protokol situasiyaları da müzakirə olunub.

Təlimin əsas məqsədi Mədəniyyət Nazirliyinin əməkdaşlarının dövlət protokolu və beynəlxalq mədəni əməkdaşlıq sahəsində peşəkar bilik və bacarıqlarını artırmaq, beynəlxalq tədbirlərin təşkili və xarici tərəfdaşlarla iş prosesində institusional yanaşmanı daha da gücləndirmək olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR