• Bakı 27° C

    10.94 m/s

  • USD - 1.7

    EUR - 1.9443

    RUB - 2.1949

VK və "Maks" mesenceri "Google Play" mağazasından silindi

SİYASƏT

16 Iyul 2026 | 16:41

VK və Maks mesenceri Google Play mağazasından silindi

VK və "Maks" milli mesencerinin tətbiqləri artıq "Google Play" mağazasından yüklənmək üçün əlçatan deyil. Bununla belə, cihazlara əvvəlcədən quraşdırılmış servislər heç bir məhdudiyyət olmadan öz adi rejimində fəaliyyətini davam etdirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə gazeta.ru nəşrinə VK şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Şirkətdən bildirilib ki, "Android" istifadəçiləri proqramları alternativ mağazalar, o cümlədən "RuStore", "Huawei AppGallery", "Samsung Galaxy Store", "Xiaomi GetApps" və digər platformalar vasitəsilə yükləyə bilərlər. Tətbiqlərin yenilənməsi də bu mağazalar üzərindən standart qaydada həyata keçirilir.

Bununla yanaşı, "Android" cihazlarının sahibləri "Maks" və VK tətbiqləri daxilindəki mesajlar, zənglər və digər hadisələrlə bağlı "push" bildirişləri almağa davam edəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR