Türkiyənin "Fənərbaxça" klubunun yeni transferi ingiltərəli hücumçu Meyson Qrinvud azarkeşlərinə çağırış edib.
Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.
“Sarı-göy”lərin rekord qıran transferi İstanbula gəlmədən öncə azarkeşlərə mesaj göndərib.
"Fənərbaxça” azarkeşləri! Gəlirəm... İstanbulda görüşənədək", - Qrinvud mesajında yazıb.
Qeyd edək ki, Türkiyənin "Fənərbaxça" klubu ingiltərəli hücumçu Meyson Qrinvudu heyətinə qatıb.
İstanbul təmsilçisinin mətbuat xidmətinin məlumatına görə, son olaraq Fransanın "Marsel" klubunda forma geyinən 24 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb.
Bu keçid Superliqa təmsilçisinə 39 milyona avroya başa gəlib. Komanda bu məbləği 3 il ərzində "Marsel" kollektivinə ödəyəcək.
Qrinvud karyerası ərzində "Marsel"dən başqa ölkəsində "Mançester Yunayted" və İspaniyada "Xetafe" klublarında çıxış edib.
Qeyd edək ki, bu, "Fənərbaxça"nın tarixinə ən bahalı transfer kimi düşüb. "Sarı-lacıvərdlilər"in daha əvvəlki ən bahalı transferi 28 milyon avro qarşılığında heyətə cəlb olunan fransalı yarımmüdafiəçi Matteo Genduzi olmuşdu.
Murad Məmmədli
Bakı 



