• Bakı 24° C

    5.37 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Ucarda dördotaqlı ev külə döndü

HADİSƏ

16 Iyul 2026 | 13:35 | Müəllif: Qalib İbrahimoğlu

Ucarda dördotaqlı ev külə döndü

Ucar rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Bakıvaxtı.az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.

Gecə saatlarında kənd sakini Namiq İbrahim oğlu Süleymanova məxsus ümumi sahəsi 160 kvadratmetr olan dördotaqlı yaşayış evində yanğın başlayıb.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb və yanğın tam söndürülüb.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026