• Bakı 19° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Zelenski Rusiyanı hədələdi: Bunu etsəniz...

DÜNYA

12 Sentyabr 2026 | 00:30 | Müəllif: Subhan Mahmudov

Zelenski Rusiyanı hədələdi: Bunu etsəniz...

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynada elektrik enerjisinin genişmiqyaslı kəsintisinə səbəb olmaq planlarına görə Rusiyanı hədələyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, “Yalta Avropa Strategiyası – 2026” iştirakçılarına müraciəti zamanı danışıb.

“Ukrayna Rusiyanın hücumlarına layiqli cavab vermək üçün imkanlar tapmağı öyrənib. Mən bunu onların bu gün törətdiyi humanitar fəlakətlərlə müqayisə etmirəm. Ukrayna belə hərəkətlər etmir. Amma buna baxmayaraq, Ukrayna Rusiyanın istənilən əməliyyatına cavab vermək iqtidarındadır.

Rusiya bilir ki, əgər onlar zərbələr endirəcəklərsə, eyni cavabı alacaq. Əgər onlar bizi elektrik enerjisindən məhrum etməyə çalışsalar, biz də buna layiqli cavab verəcəyik”, – deyə Zelenski bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026