• Bakı 21° C

    4.79 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Ər-Riyadda partlayışlar baş verib

DÜNYA

11 Oktyabr 2026 | 21:38 | Müəllif: Əli Hüseynov

Ər-Riyadda partlayışlar baş verib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda partlayış səsləri eşidilib.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

    Agentlik ilkin məlumatında partlayışın səbəbləri və mümkün fəsadları barədə təfərrüat açıqlamayıb.

    Daha əvvəl Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının rəsmi nümayəndəsi Turki əl-Maliki bildirib ki, Ər-Riyad hava limanının sərnişin terminalına naməlum mərmi düşüb və nəticədə yanğın baş verib.

    AFP-nin paytaxt bölgəsində partlayışlarla bağlı ilk məlumatından təxminən iki saat sonra agentlik yeni partlayışlar seriyasının qeydə alındığını xəbər verib.

    Lakin sonuncu partlayışların başvermə şəraiti və mümkün nəticələri barədə də əlavə məlumat təqdim edilməyib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR