• Bakı 19° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Bəqai: Hörmüz boğazı ilə bağlı İran-Oman danışıqlarının...

DÜNYA

12 Sentyabr 2026 | 00:42 | Müəllif: Subhan Mahmudov

Bəqai: Hörmüz boğazı ilə bağlı İran-Oman danışıqlarının...

Hazırda Hörmüz boğazı İranın nəzarətindədir və su yolunun idarəçiliyi ilə bağlı Omanla məsləhətləşmələrin gedişatı, nəticələri barədə açıqlamaların verilməsi planlaşdırılır.

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai bildirib.

Onun sözlərinə görə, İran boğazı ölkənin təhlükəsizliyini sığortalamaq üçün bağlayıb: "Bu şəraitdə biz ölkənin təhlükəsizliyini qorumaq üçün tədbirlər görmək hüququna malikik.

İslamabad razılaşmasından sonra boğaz bir az daha təhlükəsiz idi və biz öhdəliklərimizə əməl edirdik, lakin Amerika 23 gündən sonra əhdi pozub".

Bəqai bildirib ki, Hörmüz boğazındakı qeyri-sabitlik ABŞ hücumlarının nəticəsidir. "Beynəlxalq ictimaiyyət yanacaq qiymətlərinin artmasından narahatdırsa, Amerikanı qınamalıdır", - o əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026