• Bakı 21° C

    3.32 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Peterburqda benzin qıtlığı

DÜNYA

11 Sentyabr 2026 | 23:44 | Müəllif: Subhan Mahmudov

Peterburqda benzin qıtlığı

Məlum olduğu kimi, Ukrayna dronlarının kütləvi hücumlarından dolayı Rusiyanın iri şəhərlərində yanacaq qıtlığı yaşanmaqdadır.

Bakıvaxtı.az xəbər verir ki, artıq Sankt-Peterburq şəhərində də ciddi yanacaq çatışmazlığı hiss olunur.

Belə ki, yanacaqdoldurma məntəqələrində (YDM) uzun növbələr yaranıb.

"GdeBenz" xidməti bildirib ki, 3-9 sentyabr tarixlərində benzinlə bağlı vəziyyətin pisləşməsinə görə Peterburq Rusiyanın iri şəhərləri arasında antilider olub.

Dronların ölkədə ikinci ən böyük neft emalı zavodu - KİNEF-ə hücum etməsindən bir neçə gün sonra yanacaqdoldurma məntəqələrindən yanacaq yoxa çıxmağa başlayıb.

Şəhərdə işləyən taksi sürücüləri “Fontanka”ya deyiblər ki, YDM-lərdə növbə kilometrlərlədir.

İldə 2 milyon ton benzin və 7 milyon ton dizel yanacağı istehsal edən neft emalı zavodunun hər iki qurğusuna ziyan dəyib və 30 avqustda istehsal tamamən dayanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026