• Bakı 19° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Putindən Avropaya "qorxulu" xəbərdarlıq...

DÜNYA

12 Sentyabr 2026 | 00:45 | Müəllif: Subhan Mahmudov

Putindən Avropaya "qorxulu" xəbərdarlıq...

Rusiya Prezidenti Vladimir Putin Avropaya xəbərdarlıq edib. 

Bakıbaxtı.az xəbər verir ki, o, Avropa qoşunlarının Ukraynaya yeridilməsinin Rusiya ilə müharibə demək olduğunu bildirib.

"İndi onlar Ukrayna ərazisinə qoşun yeritmək barədə necə düşündüklərindən danışırlar. Bu, Rusiya ilə müharibə demək olardı", - deyə Putin qeyd edib.

Putin, həmçinin bildirib ki, Avropa xalqları liderlərinin ölkələri münaqişəyə doğru itələdiyini anlayırlar. 

Prezident əlavə edib ki, Avropada baş verənlər Qərbin siyasət, təhlükəsizlik və iqtisadiyyatdakı sistemli səhvlərinin nəticəsidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026