Krasnodar diyarının Anapa şəhərindəki “Utriş” qoruğunda baş verən yanğın quru və küləkli hava səbəbindən 10 hektara çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə şəhərin meri Svetlana Maslova deyib.
O bildirib ki, yanğının söndürülməsinə müvafiq qurumların əməkdaşları və könüllülər cəlb edilib.
Küləkli hava şəraitindən dolayı yanğının söndürülməsi çətinləşir.
















