• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Papa XIV Leo ağciyərindən əməliyyat olunacaq

DÜNYA

11 Oktyabr 2026 | 19:13 | Müəllif: Əli Hüseynov

Papa XIV Leo ağciyərindən əməliyyat olunacaq

Roma Papası XIV Leo ağciyərində aşkarlanan düyünvari törəmənin çıxarılması üçün cərrahi əməliyyat keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə 71 yaşlı Papa oktyabrın 11-də Vatikanda Müqəddəs Pyotr meydanında keçirilən ənənəvi bazar günü duası zamanı açıqlama verib.

    Papa bildirib ki, son tibbi müayinələr zamanı ağciyərində kiçik düyünvari törəmə aşkarlanıb. Onun sözlərinə görə, törəmə erkən mərhələdə müəyyən edilib və məhdud bir nahiyədə yerləşir.

    Həkimlərin tövsiyəsi əsasında cərrahi müdaxiləyə qərar verən XIV Leon əməliyyatın yaxın günlərdə keçiriləcəyini açıqlayıb.

    Vatikanın məlumatına görə, əməliyyat həftənin ilk günlərində Romadakı Cemelli xəstəxanasında aparılacaq. Papanın əməliyyatdan sonra təxminən bir həftə ərzində sağalacağı gözlənilir.

    Törəmənin xoşxassəli və ya bədxassəli olması barədə hələlik məlumat verilməyib.

    Qeyd edək ki, Papa XIV Leonun noyabrın 6–17-də Uruqvay, Argentina və Peruya səfəri planlaşdırılır. Əməliyyatın səfər proqramına təsir edib-etməyəcəyi hələlik məlum deyil.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    29 Noyabr 2026
    28 Noyabr 2026