• Bakı 19° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu

DÜNYA

12 Sentyabr 2026 | 00:53 | Müəllif: Subhan Mahmudov

Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu

Rusiyanın Arxangelsk vilayətində sərnişin mikroavtobusu, minik avtomobili və “KamAZ”ın toqquşması nəticəsində 13 nəfər həlak olub.

Bakıvaxtı.az “112” Telegram kanalına istinadla xəbər verir ki, Xolmoqor rayonunda, M-8 magistral yolunun 1180-ci kilometrliyində baş verən ağır qəzada ölənlərdən 3-ü uşaqdır.

Hadisə yerinə 9 təcili yardım briqadası və polis əməkdaşları cəlb olunub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 8 nəfər xəstəxanalara yerləşdirilib. Vilayət Səhiyyə Nazirliyindən yaralıların vəziyyətinin ağır olduğu bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026