• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Belə icra başçısı olar? Bu nə geyimdir? - Foto

CƏMİYYƏT

16 Iyul 2026 | 14:23 | Müəllif: Əli Hüseynov

Belə icra başçısı olar? Bu nə geyimdir? - Foto

Balakən rayonunun icra başçısı Natiq Ağayevin seldən zərər görmüş əraziləri “işçi geyim”də gəzməsi sosial şəbəkələrdə təqdir edilib.

Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri hətta zarafatla “Belə də icra başçısı olar?” deyə, başçının “qalstuksuz görünməsinə” diqqət çəkiblər.

Qeyd edək ki, Balakən şəhərini və ətraf kəndləri içməli su ilə təmin edən mənbələr seldən ciddi zərər görüb, su boruları zədələnib. Hazırda təmir işləri görülür.

İH-in ötən gün yaydığı məlumatda icra başçısının “rayon hüquq-mühafizə orqanlarının rəhbərləri ilə” su mənbələrini gəzdiyi, təmirlə tanış olduğu “fəsadların tez bir zamanda aradan qaldırılması, əhalinin içməli su ilə təminatının həyata keçirilməsi üçün müvafiq tapşırıq və tövsiyələr verdiyi” bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026