• Bakı 26° C

    10.08 m/s

  • USD - 1.7

    EUR - 1.9443

    RUB - 2.1949

Afrikada dəhşətli virus can alır - Ölənlərin sayı 800-ə yaxınlaşdı

DÜNYA

16 Iyul 2026 | 19:17

Afrikada dəhşətli virus can alır - Ölənlərin sayı 800-ə yaxınlaşdı

Konqo Demokratik Respublikasında (KDR) tüğyan edən Ebola qızdırmasından ölənlərin sayı 796 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) özünün “X” sosial şəbəkə hesabında məlumat yayıb.

Təşkilatın hesabatında hazırda ölkədə ümumilikdə 2073 yoluxma halının qeydə alındığı, onlardan 796-sının isə ölümlə nəticələndiyi bildirilir. Epidemiyanın coğrafiyası da sürətlə genişlənir; belə ki, iyulun 13-də təhlükəli virusun ölkənin daha iki yeni əyalətinə yayıldığı məlum olub.

Xatırladaq ki, cari il mayın 17-də ÜST Konqo və qonşu Uqandada yayılan Ebola epidemiyasını qlobal səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib. Vəziyyəti çətinləşdirən əsas məqam odur ki, hazırda sürətlə yayılan “Bundibuqio” ştamına qarşı rəsmi lisenziya almış hər hansı effektiv müalicə üsulu və ya peyvənd mövcud deyil. Bu səbəbdən xəstələrə yalnız palliativ tibbi yardım göstərilir ki, bura da xəstələrin izolyasiya edilməsi, bədənin maye balansının qorunması və ağrıların azaldılması daxildir.

Qeyd edək ki, bir müddət əvvəl Afrikada tüğyan edən bu təhlükəli ştama qarşı dünyada ilk peyvənd sınaqlarına başlanıldığı barədə məlumat yayılmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR