• Bakı 25° C

    8.84 m/s

  • USD - 1.7

    EUR - 1.9443

    RUB - 2.1949

CAR Prezidentinin təyyarəsində uçuş zamanı problem yarandı

DÜNYA

16 Iyul 2026 | 22:15

CAR Prezidentinin təyyarəsində uçuş zamanı problem yarandı

Cənubi Afrika Prezidenti Siril Ramafosanın təyyarəsi uçuş zamanı texniki nasazlıqla üzləşib.

Bakıvaxtı.az xəbər verir ki, Ramafosa 16 iyul səhəri Pretoriya şəhəri yaxınlığında yerləşən "Waterkloof" Hərbi Bazasından yola düşüb. Təyyarə ölkənin cənub-şərqindəki Durbana gedirmiş və prezident yeni Toyota istehsal xəttinin açılışında iştirak etməyi planlaşdırırmış. Lakin uçuş zamanı texniki problem yaranıb və təfərrüatlar açıqlanmayıb.

Cənubi Afrika Prezidentinin sözçüsü Vinsent Maqvenya bildirib ki, "Təyyarəmizdə texniki problem yaranıb. Biz geri dönüb bazaya qayıtmağa məcbur olduq".

Ramafosa daha sonra Durbanda keçirilən tədbirdə onlayn çıxış edib.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR