• Bakı 25° C

    8.84 m/s

  • USD - 1.7

    EUR - 1.9443

    RUB - 2.1949

"Zirə" "Torpedo" ilə oyunda üçüncü qolu vurub - YENİLƏNİR

İDMAN

16 Iyul 2026 | 21:42

Zirə Torpedo ilə oyunda üçüncü qolu vurub - YENİLƏNİR

Gürcüstanda yerli "Torpedo" və "Zirə" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda üçüncü qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan təmsilçisi fərqi daha da artırıb - 3:0.

Eren Aydın 70-ci dəqiqədə dubl müəllifi olub.

 

21:10

Gürcüstanda yerli "Torpedo" və "Zirə" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda ikinci qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan təmsilçisi fərqi daha da artırıb - 2:0.

39-cu dəqiqədə Amin Seydiyev fərqlənib. Hazırda ilk hissə başa çatıb.

 

***20:37

Gürcüstanda yerli "Torpedo" və "Zirə" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşmada ilk qolu Azərbaycan təmsilçisi vurub.

25-ci dəqiqədə Eren Aydın fərqlənib.

 

***20:00

Gürcüstanda yerli "Torpedo" və "Zirə" komandaları arasında təşkil olunan UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyunu başlayıb.

Bakıvaxtı.az  xəbər verir ki, qarşılaşma Kutaisidəki "Şengeliya Arena"da keçirilir.

Görüşün baş hakimi macarıstanlı FIFA referisi Mihali Kapraydır.

Cütün qalibi növbəti mərhələdə "Hegelmann" (Litva) – "Payde" (Estoniya) duelinin güclüsü ilə görüşəcək.

Xatırladaq ki, Sumqayıtdakı ilk oyunda "Zirə" rəqibini üç cavabsız qolla məğlub edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR