Aparıcı Zaur Kamalın oğlu Bartu Kamal son görüntüləri ilə sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb.
Bakıvaxtı.az xəbər verir ki, idmanla məşğul olan Bartunun qısa müddətdə xeyli çəki aldığı və bədən quruluşunu nəzərəçarpacaq dərəcədə dəyişdiyi görülüb. Onun yeni fiziki forması izləyicilər arasında geniş müzakirələrə səbəb olub.
Sosial şəbəkə istifadəçilərinin bir qismi Bartunun keçirdiyi dəyişimi yüksək qiymətləndirib, hətta bəziləri onu ilk baxışdan tanımaqda çətinlik çəkdiklərini yazıblar.
Bartunun məşqçisi isə bunun hələ son nəticə olmadığını bildirib. Onun sözlərinə görə, idman prosesi davam edir və Bartu daha yaxşı fiziki forma əldə etmək üçün məşqlərini intensiv şəkildə davam etdirir. Məşqçi yaxın zamanda yeni çəkisi və forması ilə izləyicilərin qarşısına çıxmağa hazırlaşdıqlarını da qeyd edib.
Bartu Kamalın nəzərəçarpacaq dəyişikliyi sosial şəbəkələrdə çoxsaylı bəyənmə və şərhlərlə qarşılanıb.
Bakı 



