• Bakı 28° C

    9.13 m/s

  • USD - 1.7

    EUR - 1.9443

    RUB - 2.1949

Yolumuz Şükürbəyliyə! - Köç DAVAM EDİR

CƏMİYYƏT

16 Iyul 2026 | 09:36

Yolumuz Şükürbəyliyə! - Köç DAVAM EDİR

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

    Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Bu mərhələdə Şükürbəyli kəndinə 9 ailə - 52 nəfər köçürülüb.

    Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

     

     

     

    Foto


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    15 Iyul 2026