• Bakı 24° C

    13.32 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Hidayət Heydərov cəzalandırıldı

İDMAN

16 Iyul 2026 | 13:05

Hidayət Heydərov cəzalandırıldı

Azərbaycanın olimpiya çempionu Hidayət Heydərov iki yarışda çəki sala bilmədiyi üçün cəzalanıb.

Bakıvaxtı.az məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu mətbuat konfransında deyib.

ACF rəsmisi H.Heydərovun bu il iki turnirdə çəki sala bilmədiyi üçün yarışa buraxılmadığına münasibət bildirib:

"Bizim qaydalar hamı üçün eynidir. Hər qayda pozuntusunun ayrı cəzası var. Pul cəzası, təlim-məşqlərdən, hazırlıq proseslərindən kənarlaşdırıla bilərlər. Amma yüngülləşdirici məqamlar da nəzərə alınır. İdmançı etdiyi səhvi başa düşürsə, bunu düşünürük. Nizam-intizam bizim üçün önəmlidir. Hidayət çəkini niyə sala bilmədi? Səbəbi müəyyən etmişik. Bu istiqamətdə özü ilə birlikdə işləyirik. Hər ikisində Hidayət Heydərova cəza verilib. Bunu açıqlamaq istəmirik. Amma ən böyün cəzanı Hidayət Heydərov özünə verib. Biz onun ikiqat olimpiya çempionu olacağına şübhə etmirik".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Avqust 2026
29 Avqust 2026