• Bakı 19° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Xameneinin dəfn edildiyi məqbərədə YANĞIN

DÜNYA

16 Iyul 2026 | 19:25 | Müəllif: Subhan Mahmudov

Xameneinin dəfn edildiyi məqbərədə YANĞIN

İranın Məşhəd şəhərindəki keçmiş Ali Lider Əli Xameneinin dəfn olunduğu İmam Rza türbəsində bu gün gündüz saatlarında yanğın baş verib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Tasnim News" məlumat yayıb.

Bildirilir ki, yanğın kompleksin içərisində yerləşən bitum emalatxanasında baş verib. Türbənin və Məşhəd Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri hadisə yerinə tez bir zamanda göndərilib. Alov dərhal lokallaşdırılıb və söndürülüb.

Kompleksin içərisində sıx tüstü olmasına baxmayaraq, yanğın türbənin digər hissələrinə yayılmayıb. İlkin məlumatlara görə, xəsarət alan olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026