• Bakı 27° C

    10.94 m/s

  • USD - 1.7

    EUR - 1.9443

    RUB - 2.1949

İzmirdə güclü meşə yanğını başlayıb

DÜNYA

16 Iyul 2026 | 15:28

İzmirdə güclü meşə yanğını başlayıb

Türkiyənin İzmir şəhərinin Bornova rayonunda meşəlik ərazidə yanğın baş verib.

Bakıvaxtı.az türk mediasına istinadən xəbər verir ki, hazırda yanğınsöndürmə briqadaları alovun qarşısını almaq üçün havadan və qurudan müdaxiləni davam etdirirlər.

Məlumata görə, Bornova rayonunun İnönü məhəlləsi yaxınlığındakı meşəlik zonada yanğın yerli vaxtla saat 13:00 radələrində qeydə alınıb. Hadisə barədə sakinlərin çağırışından dərhal sonra bölgəyə İzmir Meşə Təsərrüfatı Regional İdarəsinə məxsus 2 təyyarə, 4 helikopter, 16 yanğınsöndürmə maşını, 6 su daşıyan texnika və 1 buldozer cəlb olunub.

Heyətin alovla mübarizəsi həm havadan, həm də qurudan sürətlə davam edir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Iyul 2026