• Bakı 27° C

    10.94 m/s

  • USD - 1.7

    EUR - 1.9443

    RUB - 2.1949

Ceyhun Cəlilova etiraz edib işdən çıxdılar 

SİYASƏT

16 Iyul 2026 | 14:28

Ceyhun Cəlilova etiraz edib işdən çıxdılar 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində bir sıra vəzifəlilər tutduqları vəzifələrdən ayrılıblar.

Bakıvaxtı.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, son dəyişikliklərdən sonra nümayəndəliyin əməkdaşları Qoşqar Kamilli, Tural Murtuzəliyev və Pənah Mehdiyev nümayəndəliyin rəhbəri Ceyhun Cəlilovun onlara etdiyi təkliflə razılaşmayaraq, buna etiraz edərək vəzifələrindən ayrılıblar.

Bildirək ki, işdən ayrılan hər üç şəxs Naxçıvan MR-da bir sıra mühüm dövlət proqramlarının və layihələrinin hazırlanmasında xüsusi xidmətləri ilə seçiliblər.

Qeyd edək ki, ötən ay qanunvericiliyə edilən dəyişiklik nəticəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə birinci kateqoriya dövlət orqanı statusu verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Iyul 2026