• Bakı 26° C

    10.08 m/s

  • USD - 1.7

    EUR - 1.9443

    RUB - 2.1949

Lisenziyası ləğv olunan tibb mərkəzi işləməyə davam edir - "İnsanlara yazığımız gəlir" - VİDEO

CƏMİYYƏT

16 Iyul 2026 | 20:05

Lisenziyası ləğv olunan tibb mərkəzi işləməyə davam edir - İnsanlara yazığımız gəlir - VİDEO

Saxta sağlamlıq arayışı verdiyi üçün ötən ay lisenziyası ləğv edilən "General Hospital" hələ də fəaliyyət göstərir. 

Bakıvaxtı.az Real TV-yə istinadən xəbər verir ki, söhbət Qaraçuxur qəsəbəsi Rafiq Alcanov küçəsində yerləşən tibb mərkəzindən gedir. 

Belə ki, İqtisadiyyat Nazirliyi tərəfindən fəaliyyəti ləğv edilən tibb müəssisəsi hələ də arayış verməyə davam edir.

Baş həkim Rüstəm Mikayılov sözügedən qərarla razılaşmadıqları üçün aidiyyəti üzrə müraciət etdiklərini və fəaliyyətlərini davam etdirdiklərini bildirib. 

İqtisadiyyat Nazirliyindən bildirilib ki, "General Hospital"a verilən lisenziya ləğv edilib. Tibb müəssisəsinin lisenziyasız fəaliyyətini davam etdirməsi ilə bağlı tədbirlərin görülməsi Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Xidmətinə həvalə olunub. Məsələ ilə bağlı araşdırmaya başlanılıb. 

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR