• Bakı 28° C

    9.13 m/s

  • USD - 1.7

    EUR - 1.9443

    RUB - 2.1949

Reytinqi 55 faizə düşdü

DÜNYA

16 Iyul 2026 | 10:30

Reytinqi 55 faizə düşdü

Cənubi Koreya Prezidenti Li Çje Myonun reytinqi 55 %-ə düşüb.

Bakıvaxtı.az "Yonhap" agentliyinə istinadən xəbər verir ki, bunu iyulun 13-dən 15-dək keçirilən "National Barometer" sorğusunun nəticələri təsdiqləyib.

Linin işinin müsbət qiymətləndirilməsi əvvəlki sorğu ilə müqayisədə 3 faiz bəndi, mənfi qiymətləndirilməsi isə 1 faiz bəndi azalaraq 34 %-ə düşüb.

Sorğu göstərib ki, hakim Demokratik Partiyaya dəstək əvvəlki sorğu ilə müqayisədə 4 faiz bəndi azalaraq 38 %-ə düşüb, əsas müxalif Xalqın Gücü Partiyasına dəstək isə 2 faiz bəndi artaraq 22 % təşkil edib.

Hökumətin quru qoşunları, hərbi dəniz donanması və hərbi hava qüvvələri üçün birləşmiş hərbi akademiyanın yaradılması planına gəldikdə isə respondentlərin 55 %-i bu təklifə qarşı çıxıb, 34 %-i isə onu dəstəkləyib.

Sorğu "Embrain Public", "Kstat Research", "Korea Research" və "Hankook Research" sosioloji şirkətləri tərəfindən 1000 nəfər arasında keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Iyul 2026