Latviya ABŞ-nin tövsiyəsini nəzərə alaraq SENTINEL radarlarını təmənnasız olaraq Litvaya təhvil verib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.
"Latviya öz ehtiyacları üçün digər sistemlərin radarlarından istifadə edir, buna görə də ABŞ-nin tövsiyələri nəzərə alınmaqla SENTINEL radarları təmənnasız olaraq Litvaya təhvil verilib", - məlumatda deyilir.
Litvaya təhvil verilən avadanlıq Litva ordusunun sərəncamında olan NASAMS hava hücumundan müdafiə sistemlərinə inteqrasiya ediləcək. Litvanın müdafiə naziri Robertas Kaunas qeyd edib ki, SENTINEL radarları potensial hava hədəflərini daha böyük dəqiqliklə müəyyən etməyə və hava məkanını pozanlardan gələn təhlükələri daha səmərəli şəkildə aradan qaldırmağa imkan verəcək.
Zeynəb Rzayeva
Bakı 



