• Bakı 28° C

    9.13 m/s

  • USD - 1.7

    EUR - 1.9443

    RUB - 2.1949

Messinin komandası qələbədən sonra “Malvin adaları Argentinanındır” yazılmış banner açdılar - VİDEO

İDMAN

16 Iyul 2026 | 08:41

Messinin komandası qələbədən sonra “Malvin adaları Argentinanındır” yazılmış banner açdılar - VİDEO

Argentina millisinin futbolçuları dünya çempionatının yarımfinalında İngiltərə üzərində qələbədən sonra meydanda “Las Malvinas son Argentinas” (“Malvin adaları Argentinanındır”) yazılmış banner açıblar.

Bakıvaxtı.az xəbər verir ki, Malvin adaları Böyük Britaniyanın nəzarətində olan Folklend adalarıdır. Argentina isə arxipelaq üzərində suverenlik iddiasını davam etdirir.

    Qeyd edək ki, 1982-ci ildə Argentina ilə Böyük Britaniya arasında Folklend (Malvin) adaları uğrunda müharibə baş verib. Münaqişə nəticəsində adalar Londonun nəzarətində qalıb.

    Bundan əvvəl Argentina hökuməti yarımfinal oyunu zamanı azarkeşlərə zorakılığı təhrik edə biləcək siyasi şüar və simvollardan istifadənin qadağan olunduğunu açıqlamışdı.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    15 Iyul 2026