Ağdaşda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayon mərkəzində - Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, "VAZ-21099" markalı maşın idarəetmədən çıxaraq yol kənarındakı maneələrə çırpılıb. Qıza nəticəsində müxtəlif bədən xəsarətləri alan 2004-cü il təvəllüdlü Elnuroğlu Rəmzi Elnur oğlu və 1994-cü il təvəllüdlü Fətullayev Həmid Gündüz oğlu xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Murad İsmayıl
Bakı 



