Mingəçevirdə iki avtomobil toqquşub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə N.Nərimanov küçəsində qeydə alınıb.
"Renault" və "Toyota" markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan iki qadın xəstəxanaya çatdırılıb. Hazırda onlar müvafiq bölmələrdə tibbi müayinədən keçirilir.
Faktla bağlı araşdırma aparılır.
Murad İsmayıl
Bakı 



