Rusiya Ukraynanın paytaxtı Kiyevə növbəti dəfə gecə hücumu edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko məlumat verib.
Məlumata görə, hücum nəticəsində iki nəfər ölüb, altı nəfər isə yaralanıb.
Kliçko bildirib ki, yaralananlardan üçü xəstəxanaya yerləşdirilib:
"Kiyevdə düşmənin hücumu nəticəsində iki nəfər həlak olub. Paytaxtın 6 sakini xəsarət alıb. Onların arasında 16 yaşlı gənc də var. Yaralananlardan üçünü həkimlər xəstəxanaya yerləşdiriblər".
Bakı 



