• Bakı 25° C

    12.15 m/s

  • USD - 1.7

    EUR - 1.9365

    RUB - 2.2157

5 küçədə hərəkət məhdudlaşdırılır

CƏMİYYƏT

16 Iyul 2026 | 00:00

5 küçədə hərəkət məhdudlaşdırılır

Bakıda bəzi küçələrdə təmir işlərinə başlanılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, sabahdan Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi, Nizami rayonu, Əliağa Kürçaylı küçəsində, 17 iyul tarixindən isə Nizami rayonu, C. Naxçıvanski küçəsi (8-ci km bazarının sağ və sol tərəfi) və Yasamal rayonu, Ayna Sultanova küçəsində işlərin gedişatına uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırılacaq.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkətlərini əvvəlcədən planlaşdırmaları və mümkün olduqda alternativ yollardan istifadə etmələri xahiş olunur”, - deyə məlumatda qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Iyul 2026